AZ

Novak Cokoviç "US Open 2025"də hakimə təzyiq etdiyini etiraf edib

24-qat "Böyük Dəbilqə" çempionu serbiyalı Novak Cokoviç, "US Open 2025"də amerikalı Taylor Fritslə 1/4 final matçında səs-küylü azarkeşlərə görə hakimə təzyiq etdiyini deyib.

İdman.biz bildirir ki, görüş 3:1 (6:3, 7:5, 3:6, 6:4) hesabı ilə Cokoviçin qələbəsi ilə yekunlaşıb.

"Oyun zamanı bəzən azarkeşlər qışqırmaqla, alqışlamaqla və əl çalmaqla oyuna davam etməyimə mane olurdular. Bəzən çox pis mane olurdular və bu, məni qıcıqlandırırdı. Nəhayət hakim onları sakitləşdirmək üçün 15 dəqiqəsini sərf etdi. O bunu edəndən sonra hər şey qaydasına düşdü. Mən kefimdən təzyiq etmirdim, sadəcə hakim öz işinin öhdəsindən gəlməli idi", - Cokoviç deyib.

İdman.biz

Seçilən
58
1
idman.biz

2Mənbələr