AZ

Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin qalibi müəyyənləşib

Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinin qalibi müəyyənləşib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib. Qarşılaşma Özbəkistan klubunun 29:28 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə OKMK turnirin qızıl medallarına yiyələnib.

Seçilən
41
90deqiqe.az

1Mənbələr