Dijital varlıqların institut səviyyəsində saxlanması yenidən aktivləşir — ABŞ-ın ən böyük banklarından biri bu xidməti bərpa edir.
Bakuinfo, Reuters-ə istinadən xəbər verir ki, U.S. Bancorp 3 ildən çox dayandırdığı “bitcoin custody” (bitcoin ehtiyatlarının saxlanması) xidmətini yenidən istifadəyə verib. İndi bu xidmət peşəkar investisiya menecerləri, özəl fondlar və ilk dəfə olaraq bitcoin birja fondlarına (ETF) də dəstək verir. NYDIG şirkəti sub-kustosyan — yəni real bitcoin aktivlərini qoruyan tərəf olacaq, U.S. Bank isə müştərilərlə əlaqə rolunu daşıyacaq
Xidmət 2022-ci ildə SEC-in (ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası) yaydığı sərt maliyyə qaydası səbəbindən dayandırılmışdı; lakin bu qayda 2025-ci ilin əvvəlində ləğv edilərək banklara yenidən rəqəmsal aktivlər sahəsində fəaliyyətə icazə verildi.