İran Prezidenti Məsud Pezeşkian Çində keçirilən ŞƏT sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə nüvə məsələsini müzakirə edib.
Operativ Media xəbər verir ki, Pezeşkian Putinlə danışıqlarının 4 saata yaxın davam etdiyini bildirib.
“Biz bir çox məsələləri müzakirə etdik: iqtisadi, elmi, regional, eləcə də nüvə məsələləri və sanksiyaların bərpası məsələsi" - Pezeşkian bildirib.