“Qarabağ” klubu və “Deloitte” şirkəti arasında anlaşma memorandumu imzalayacaq.
Offsideplus.az xəbər verir ki, tədbir sentyabrın 5-də Suraxanı qəsəbəsində yerləşən “Azersun Arena”dakı təlim-məşq bazasında təşkil olunacaq. İmzalanma mərasimi saat 15:00-da başlayacaq.
Qeyd edək ki, "Deloitte" 150-dən çox ölkədə 700 ofisində 456.000 işçisi ilə mühasibat uçotu, audit, vergi və idarəetmə üzrə məsləhət xidmətləri göstərən dünyanın ən böyük beynəlxalq firmalarından biridir.