AZ

Putin Çində xərçəng xəstəsi olan uşağın xilas edilməsinə kömək edib

Ajans.az “Komsomolskaya Pravda”-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Rusiya vətəndaşı olan ana oğlunu müalicə üçün Çinə gətirib. Lakin uşağın vəziyyəti kəskin pisləşib, onda ağır epileptik tutmalar başlayıb. Belə ağır halda onu geri daşımaq üçün xüsusi tibbi avadanlıq və həkim müşayiəti tələb olunurdu. Ana kömək üçün Rusiya səfirliyinə müraciət edib. “Prezidentə məlumat verildi. Vladimir Putin dərhal səhiyyə naziri Mixail Muraşkoya tapşırıq verdi. Nazir iki həkimi Çinə göndərdi və onlar uşağın vəziyyətini stabilləşdirə bildilər”, – deyə Peskov bildirib. Onun sözlərinə görə, azyaşlı və anası tezliklə Rusiyaya qayıdacaq. Prezident onların Vətənə dönməsi üçün səfərdə istifadə edilən “Rossiya” xüsusi aviasiya dəstəsinin təyyarəsini ayırıb. Xatırladaq ki, Vladimir Putin avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək və militarist Yaponiya üzərində qələbənin, həmçinin İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq üçün Çinə səfər edib. O, Tiananmen meydanında keçirilən hərbi paradda əsas qonaq olub.

 

Seçilən
75
Ajans.az

1Mənbələr