AZ

“Instagram”ın yeni funksiyası

“Instagram” sosial şəbəkəsinin sahibi “Meta” yeni “Picture-in-Picture” (PiP) funksiyasını sınaqdan keçirməyə başlayıb. 

Tribunainfo.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu,  istifadəçilərə tətbiqi bağladıqdan sonra belə, cihazlarında üzən pəncərədə Reels videolarına baxmağa davam etməyə imkan verəcək .

Qeyd olunub ki, “Instagram” artıq bəzi istifadəçilərə yeni funksiyanı sınaqdan keçirmək imkanı təklif edir.

Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt yayılacağı barədə məlumat verilməyib.

Seçilən
22
1
tribunainfo.az

2Mənbələr