AZ

Sentyabrın 4-də qaz kəsiləcək - Bu ərazilərdə

18:25 03.09.2025
18:25 03.09.2025

Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Mynews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.

Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Seçilən
48
13
mynews.az

10Mənbələr