AZ

Ağ Evdən sirli görüntülər: Pəncərədən qara paket atıldı

Ajans.az xəbər verir ki, prezident Donald Trampın ictimaiyyət qarşısında görünmədiyi vaxtda ortaya çıxması müxtəlif sui-qəsd nəzəriyyələrinə yol açıb. Sosial media istifadəçilərinin bir qismi bunun sadəcə zibil olduğunu iddia etsə də, digərləri məxfi sənədlərin məhv edildiyini irəli sürüb. Hətta bəzi paylaşımlarda “Epstein faylları” ilə bağlı ehtimallar da yer alıb. Məsələ ilə bağlı nə Ağ Ev, nə də Məxfi Xidmət rəsmi açıqlama verməyib. Bununla belə, Ağ Ev rəsmisi “Newsweek” jurnalına açıqlamasında bildirib ki, çantanı atan şəxs Trampın yoxluğunda təmir işləri aparan inşaatçı olub. Onun sözlərinə görə, işçi tikinti tullantılarını pilləkənlərlə endirmək əvəzinə pəncərədən atmağı daha praktik hesab edib. Hadisənin təfərrüatları hələ də tam aydınlaşdırılmayıb.
Seçilən
32
Ajans.az

1Mənbələr