Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan bildirib ki, Fələstində körpələrin, anaların və ataların öldürülməsi ilə müşayiət olunan İsrailin genosidi heç vaxt unudulmayacaq.
Editor.az xəbər verir ki,o ABŞ-ın Fələstin rəsmilərinə viza verməkdən imtina etməsini BMT prinsiplərinə zidd hesab edib və qərarın yenidən nəzərdən keçirilməsinin vacib olduğunu vurğulayıb.
Prezident əlavə edib ki, Fələstin nümayəndələrinin BMT Baş Assambleyasındakı iştirakının əngəllənməsi yalnız İsrailin maraqlarına xidmət edər və Fələstinin səsinin boğulmasına imkan vermək olmaz.
//Samir Qurbanov, Editor.az