AZ

İsrailin nüvə obyektində aktiv iş gedir VİDEO

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, analitiklərin öyrəndiyi peyk görüntülərinə istinad edən “South China Morning Post” (SCMP) nəşri belə məlumat yayıb. Materialda işin İsrailin Dimona şəhəri yaxınlığındakı Negev səhrasında yerləşən Şimon Peres adına Nüvə Araşdırmaları Mərkəzində aparıldığı bildirilir. Müsahibə verən və görüntüləri nəzərdən keçirən 7 ekspert, aktiv tikinti işlərinin İsrailin nüvə silahına doğru irəliləməsi ilə əlaqəli olduğunu düşündüklərini deyiblər. “Fotoşəkillər Amerikanın özəl “Planet Labs PBC” şirkəti tərəfindən iyulun 5-də çəkilib. Mütəxəssislər ərazinin Dimonadakı reaktorun yaxınlığında yerləşdiyinə və burada mülki elektrik stansiyalarının olmadığına diqqət çəkiblər”, - qəzet yazır. Üç analitik deyib ki, obyektin yeri və ölçüsü, eləcə də çoxmərtəbəli olması ehtimalı işin yeni ağır su reaktorunun tikintisi ilə bağlı olduğunu göstərir. Belə reaktorlar plutonium və nüvə silahı yaratmaq üçün lazım olan digər materialların istehsalı üçün istifadə edilə bilər. Digər dörd ekspert bunun ağır su reaktoru ola biləcəyini təsdiqləsə də, eyni zamanda. işin yeni nüvə silahlarının yığılması obyekti ilə əlaqəli olması versiyasını da irəli sürüb. - İsrailin nüvə proqramı 1950-ci illərin ortalarında, ölkənin ilk baş naziri David Ben-Qurion qonşu ərəb ölkələrinin şərti hərbi üstünlüyünü kompensasiya etmək və hərbi fövqəladə vəziyyət zamanı müdafiə vasitəsini təmin etmək üçün “nüvə sığortası” axtardığı zaman başlayıb. İsrailin nüvə proqramına rəhbərlik etməyi Ben-Qurion Şimon Peresə tapşırdı”, - “Nüvə alimlərinin bülleteni” qrupunun ekspertləri xatırladıblar. 1957-ci ildə İsrail Fransadan tədqiqat reaktoru və plutonium istehsalı texnologiyası, 1959-cu ildə isə Norveçdən nüvə reaktorlarında istifadə olunan 20 ton ağır su alıb. Paralel olaraq 1958-ci ildə Dimonada nüvə mərkəzinin tikintisinə başlanılıb. 1986-cı ildə Böyük Britaniyanın “The Sunday Times” qəzeti İsrailin 20 ildən artıqdır ki, nüvə başlıqları istehsal etdiyini və hazırda “demək olar ki, bütün şəhərləri məhv edə biləcək termonüvə silahı üzərində işlədiyini” yazıb.

Məqalə Dimona yaxınlığındakı nüvə mərkəzini lazımi komponentlərlə təmin edən “tam məxfi nüvə bunkeri” Maxon 2-də on il işləmiş israilli nüvə texniki Mordehay Vanunun məlumatlarına və fotoşəkillərinə əsaslanırdı. Nüvə alimləri görüntüləri təhlil edərək belə qənaətə gəliblər ki, İsrail nüvə arsenalına görə dünyada ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən sonra altıncı yerdədir. “Negev zavodu Fransız texnologiyasından istifadə edir və bu texnologiya Dimonanı tədqiqat müəssisəsindən bomba istehsalı müəssisəsinə çevirib. Alimlərin hesablamalarına görə, İsrail müxtəlif gücdə 100 ilə 200 arasında nüvə başlığı istehsal edib”, - nəşr yazır. Lakin İsrail rəsmiləri bu dəlilləri şərh etməyiblər.

Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
azvision.az

2Mənbələr