Sentyabr ayının 13-14 tarixlərində Bakıda balıq yarmarkası keçiriləcək.
Bu barədə yarmarkanın təşkilatçıları məlumat verib.
Yarmarka paytaxtın Nəsimi rayonu Əliyar Əliyev küçəsi 36 ünvanında fəaliyyət göstərəcək. Yarmarkaya çıxarılan məhsullar digər bazarlara nisbətən daha ucuz qiymətə təklif ediləcək.
Bununla yanaşı yarmarkada dünyanın bir çox yerindən gətirilən o cümlədən Xəzər dənizindən tutulan balıq və digər dəniz məhullarının satışı həyata keçiriləcək. Burada alıcılara geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservalar, dəniz məhusulları (krivetkalar və. s) təklif ediləcək.
Yarmarkada həmçinin kənd təsrrüfatı məhsullarının satışı da həyata keçiriləcək.
Hər kəsi 13 sentyabr tarixində balıq yarmarkasında iştirak etməyə dəvət edirik!
Məlumat üçün bildirək ki, balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir.