Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ali Radanın tribunasından keçmiş spiker Andriy Parubinin qətlində istifadə edildiyi üçün ölkədə "Telegram"ı qadağan etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.
Poroşenkonun sözlərinə görə, qətl "Telegram" vasitəsilə təşkil edilib. O əlavə edib ki, bu messencer vasitəsilə Ukraynaya qarşı “terror hərəkətləri şəbəkəsi” yaradılır. Sabiq prezident belə qənaətə gəlib ki, Ukraynada "Telegram"a qadağa qoyulması ölkə hakimiyyətinin şərəf işi olmalıdır.