AZ

Ağdam Sosial Xidmət Mərkəzində benefisiarların valideynləri üçün təlim keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ağdam Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların valideynləri üçün təlim təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin məqsədi uşaqlara göstərilən diqqət və qayğının gücləndirilməsi, erkən müdaxilə vasitəsilə sosial-psixoloji xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək verilməsi, həmçinin onların sosial inklüziyasına dair valideynlərin məlumatlılığının artırılması olub.

Təlim zamanı valideynlərə uşaqlarının davranışlarını düzgün müşahidə etmək, qiymətləndirmək və effektiv müdaxilə planları hazırlamaq sahəsində praktiki məlumatlar verilib.

Mövzu ətrafında geniş müzakirələr aparılıb və valideynlərin sualları cavablandırılıb.

Qeyd edək ki, belə maarifləndirici tədbirlər valideynlərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sosial rifahına və psixoloji dayanıqlılığına da müsbət təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
azertag.az

1Mənbələr