AZ

Hadrutda evlər təmir olunacaq 2,1 milyon manat ayrıldı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xocavənd rayonunun Hadrut qəsəbəsində evlər təmir olunacaq.

Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Bildirilib ki, təmir işləri 2-ci mərhələ üzrə ümumi sahəsi 6058,8 kv.m olan 36 ədəd fərdi yaşayış evini əhatə edəcək.

Qurum təmir işlərinin icrası ilə bağlı “Real-İnşaat” şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri isə 2 102 266,71 manat müəyyənləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
hurriyyet.az

2Mənbələr