AZ

16 yaşdan kiçiklər üçüb sosial media qadağası hazırlanır

Saglamolun portalından verilən məlumata görə, ain.az xəbər yayır.

QƏRAR DEKABRDA QÜVVƏYƏ MİNƏCƏKYeni qanunlara əsasən, Facebook, Instagram, Snapchat və YouTube kimi platformalar azyaşlıların hesab açmasının qarşısını almaq üçün addımlar atmalıdırlar. Avstraliya hökuməti 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır. Qaydaya əməl etməyənlər 50 milyon Avstraliya dolları məbləğində cərimə ediləcək. Qadağa dekabrda qüvvəyə minəcək.Federal hökumətin sifarişi ilə hazırlanmış hesabatda yaşın yoxlanılması üçün texnologiyalar – şəxsiyyət sənədləri, üz tanıma, valideyn icazəsi və davranışa əsaslanan alqoritmlər nəzərdən keçirilib. Lakin ekspertlər bu üsulların məxfilik, məlumatların təhlükəsizliyi və dəqiqlik baxımından risklər daşıdığını bildiriblər. Sorğular göstərir ki, əksər avstraliyalılar qadağanı dəstəkləyir. Bununla belə, bəzi psixoloqlar və uşaq hüquqları müdafiəçilərinin fikrincə, sərt məhdudiyyətlər uşaqları sosial imkanlardan məhrum edə və daha az tənzimlənən internet mühitinə yönləndirə bilər.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
saglamolun.az

1Mənbələr