Rusiyanın şərq hissəsində yerləşən Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanların maqnitudası 6 bal gücündə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 233 kilometr aralıda yerləşib. Bildirilir ki, təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.