AZ

Ronaldu Diogu Jota ilə bağlı abidənin açılışında iştirak etdi - FOTO

BAKI, 3 sentyabr. TELEQRAF

Portuqaliya yığmasının və “Liverpul”un mərhum futbolçusu Dioqu Jotanın bürünc memorial abidəsi qoyulub.

Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçunun milli komandanın bazasında qoyulan abidəsinin açılış mərasimi bu gün keçirilib.

Mərasimdə Portuqaliya futbol federasiyasının rəhbərliyi, ulduz futbolçu Kriştianu Ronaldu, tanınmış siyasətçilər, məşhur menecer Jorje Mendeş iştirak edib.

Mərasim zamanı həmçinin avqustda vəfat edən AVRO-2000-in bürünc mükafatçısı Jorje Koştanın, həmçinin iyul ayında Jota ilə birlikdə avtomobil qəzasında həlak olan Andre Silvanın da xatirəsi anılıb.

Qeyd edək ki, Dieqo Jota və qardaşı iyulun 3-də İspaniyanın Zamora əyalətində baş verən qəzada həyatını itirib.

Seçilən
37
teleqraf.com

1Mənbələr