AZ

"Trampın əllərini qana boyamaq istəyirlər" - Maduro

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Venesuela sahillərinə hərbi gəmilər göndərməsi ilə bağlı “Trampın əllərini qana boyamaq istəyirlər” deyib.

Missiya.Az "starhaber"ə istinadən xəbər verir ki, paytaxt Karakasda bir universitetdə tələbələrlə görüşən Maduro ABŞ-nin ölkəsinə mümkün hərbi müdaxiləsi məsələsinə toxunub.

ABŞ Prezidenti Donald Trampın ailəsinə müraciət edən Maduro, "Trampın əllərini qana bulamaq istəyirlər, mən buradan Tramp ailəsinə səslənirəm. Ağ Evi kimin idarə etdiyini soruşsanız (ABŞ dövlət katibi) Marko Rubio idarə edir, yəni Mayami mafiyası" deyib.

ABŞ-nin əsl niyyətini bildiklərini ifadə edən Maduro, "Niyə gəldiklərini bilirsiniz. Venesuela neftini pulsuz ələ keçirmək və ölkənin əsas qaz ehtiyatlarına nəzarət etmək istəyirlər. Amma buradan paytaxt Karakasın küçələrindən, oxuduğum universitetdən sizə (ABŞ) səslənirəm: Venesuelada sülh, suverenlik, azadlıq olacaq".

İlahə QənbərliMissiya.Az

Seçilən
2
1
missiya.az

2Mənbələr