Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Redaktor.az xəbər verir ki, ''Geo" telekanalı regional Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, xəsarət alan 38 nəfərdən 8-i tibb müəssisələrində müalicə alır. Hadisənin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Regional terrorla mübarizə idarəsinin nümayəndəsi bildirib ki, naməlum şəxslərə qarşı cinayət işi açılıb.
Bundan əvvəl Bəlucistanda törədilən terror aktı nəticəsində 13 nəfərin öldüyü bildirilirdi.
Aminə Şahsuvarqızı