Sentyabrın 4-5 -də taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq.
Birincilikdə 57 klubu təmsil edən 379 idmançı çıxış edəcək.
Qeyd edək ki, turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 10 çəki kateqoriyaları (27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq) üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Bakıda Taekvondo üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
Azərbaycanlı hakim beynəlxalq turnirə təyinat alıb
Taekvondo üzrə ölkə birinciliyi keçiriləcək
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
Taekvondoçularımız üçün dan imtahanı