Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
“Ukrayna və Fələstin münaqişələrinin kökləri tamamilə fərqlidir”
İspaniyanın Baş naziri Pedro Sançes deyib ki, Avropanın Ukrayna və Qəzza münaqişələri ilə bağlı ikili standartları onun dünya miqyasında etibarını sarsıda bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
O vurğulayıb ki, “Ukrayna və Fələstin münaqişələrinin kökləri tamamilə fərqlidir, lakin son nəticədə dünya Avropa İttifaqına və ümumilikdə Qərbə baxır”.
Sançes Aİ-nin İsrailin hərəkətlərinə reaksiyasını 21-ci əsrdə beynəlxalq münasibətlərin “ən qaranlıq səhifələrindən biri” adlandırıb.
Onun sözlərinə görə, Aİ indiyədək İsraillə strateji tərəfdaşlığın dayandırılmasının tərəfdarı olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.