Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb.
Bəhreyn Fars körfəzində yerləşən ada dövlətdir. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir.