AZ

Məşhur türkiyəli sənətçi Türkan Şoraydan etiraf: Mən də aldadılmışam

ain.az bildirir, Oxu.az portalına istinadən.

Məşhur türkiyəli sənətçi Türkan Şoray həyatından bəhs edən kitabda maraqlı etiraflar edib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, "Sultan" ləqəbi ilə türk kinosuna damğasını vuran Türkan Şoray tətil fotoları ilə də gündəm olub. 80 yaşlı aktrisa bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

Aktrisa öz həyatından bəhs edən "Türkan və hayat" adlı kitabında aldadıldığını etiraf edib.

Gözəlliyin əhəmiyyət kəsb etmədiyini bildirən Türkan Şoray aldadılma sualına bu sözlərlə cavab verib:

"Təbii ki, mən də aldadılmışam. Gözəl qadın olmağın heç bir əhəmiyyəti yoxdur. Kişilər bir müddət sonra evdəki qadını görməməyə başlayırlar. Düşünürəm ki, kişilərin təbiətində bu var", - deyə o qeyd edib.

Kitabda yer alan bu detal sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
178
3
oxu.az

4Mənbələr