AZ

Ağsuda 74 yaşlı kişi qəsdən yanğın törətdi

Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükə yaranması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar nəticəsində yanğının Ağsu rayonunun Nəvahi kənd sakini, 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.


Seçilən
146
27
news24.az

10Mənbələr