Rusiya prezidenti Vladimir Putin Pekində Konqo prezidenti Denis Sassu Nqesso ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.
Qeyd olunub ki, siyasətçilər Çinin paytaxtında Dyaoyutay dövlət iqamətgahında görüşüblər.
Bundan əvvəl Putin Özbəkistan lideri Şavkat Mirziyoyev , KXDR sədri Kim Çen In və digər siyasətçilərlə görüşlər keçirib.