"Mançester Yunayted" hələ də Andre Onananı satmağı düşünür.

Offsideplus.az xəbər verir ki, kamerunlu qapıçısı "transfer pəncərəsi" açıq olan Türkiyə və Səudiyyə Ərəbistana transfer ola bilər.

Bu barədə "TEAMtalk" məlumat yayıb.

"Qırmızı şeytanlar" transferin son günündə Semme Lammensi heyətinə cəlb edib. Belçikalı qolkiperin komandanın əsas qapıçısı olacağı gözlənilir.

A. Onana 2023-cü ildən MY-də çıxış edir.