AZ

Dönərxana sahibləri üçün TƏLİM

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları inzibati ərazi vahidində fəaliyyət göstərən dönərxana sahibləri üçün təlim təşkil ediblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, təlimin əsas məqsədi III MDB oyunları zamanı qonaqların və əhalinin qida təhlükəsizliyinin təmin olunması, ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması və qida zəhərlənmələrinin qarşısının alınmasıdır. Təlimdə dönərxana sahiblərinə sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi tələbləri mövzusunda maarifləndirici məlumatlar verilib. Qida məhsullarının temperatur rejiminə riayət edilməsi və düzgün saxlanma qaydaları, çarpaz çirklənmənin qarşısının alınması yolları izah olunub. Personalın şəxsi gigiyena qaydalarına əməl etməsinin və tibbi müayinədən keçməsinin, eləcə də istehsalatda istifadə olunan avadanlıq və səthlərin müntəzəm dezinfeksiyasının, ictimai iaşə müəssisələrində təhlükəli mikroorqanizmlərin yayılma riskləri və onların qarşısının alınmasının vacibliyi vurğulanıb.

Sonda sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb və tövsiyələr verilib.

Seçilən
101
hafta.az

1Mənbələr