Gürcüstan Saakaşvilini ömürlük həbslə hədələyib
Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Saakaşvilinin altıncı cinayət işi ömürlük həbslə nəticələnə bilər. O, 2008-ci ildə gürcü generallarının “Cənubi Osetiyada konstitusiya quruluşunun bərpası” ilə bağlı bəyanatlarını və hərbi vəziyyətin tətbiqi üçün keçmiş prezidentin fərmanını xatırladıb. Papuaşvili həmçinin qeyd edib ki, hakimiyyət Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasına qadağa qoymaq niyyətindədir. Daha əvvəl Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirmişdi ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyası Saakaşvilini 2008-ci ildə Rusiyaya qarşı müharibədə ona dəstək veriləcəyinə inandırıb. Zatulinə görə, Gürcüstanın Cənubi Osetiyaya hücumu Pekində Yay Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşüb və bu, razılaşmanın bir hissəsi olub.