AZ

Vyetnamda Milli Gün möhtəşəm hərbi paradla qeyd edilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Vyetnamın Milli Günü paytaxt Hanoyun Ba Dinh meydanında möhtəşəm hərbi paradla qeyd edilib.

AZƏRTAC Vyetnamın rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, bayram tədbiri 21 yaylım atəşi ilə başlayıb, Vyetnam Prezidenti Lıonq Kıonq hərbi paradı qəbul edib. Ardınca Silahlı Qüvvələr və polis birləşmələrinin iştirak etdiyi hərbi paradda zirehli maşınlar, artilleriya və müasir silahlar nümayiş etdirilib.

Vyetnamda 1945-ci ilin avqustunda baş verən Avqust inqilabı həmin il sentyabrın 2-də Vyetnam Demokratik Respublikasının (indiki Vyetnam Sosialist Respublikası) elan edilməsi ilə nəticələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
1
azertag.az

2Mənbələr