Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.
Bu barədə Operativ Media-ya universitetdən məlumat verilib.
Raziyə İsayeva İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
O həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.
O həmçinin beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.