AZ

Marağada ailə faciəsi- 3 nəfər öldürüldü

Marağada

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində ailə başçısı həyat yoldaşı və iki qızını öldürüb.

Gunaz.tv

Bununla bağlı şəhərin polis idarəsinin rəisi Tohid Farsi məlumat verib.

"41 yaşlı ata həyat yoldaşı, 17 və 9 yaşlı qızlarını qətlə yetirdikdən sonra özünü polisə təslim edib",- məlumatda bildirilib.

Polis rəisinin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Kimliyi açıqlanmayan qatil saxlanılılıb və barəsində cinayət işi açılıb.

Qeyd edək ki, son illər İranda qətllə nəticələnən ailə daxili münaqişələrin sayı kəskin artıb.

Ekspertlər bunun ölkədəki bahalıq, artan inflyasiya və cəmiyyətin məişət problemlərinin artması ilə bağlı olduğunu bildirirlər.

Seçilən
3
1
xalqcebhesi.az

2Mənbələr