AZ

Saat 13:00-da işıq kəsiləcək -

Bu gün Naxçıvan şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Metbuat.az xəbər verir ki, Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, sentyabrın 3-də saat 13:00-dan 14:00-dək 35 kilovoltluq "Xətai" elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar şəhərin Xətai, 48, 20, 21, 35, 52-ci məhəllələrdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Seçilən
49
12
metbuat.az

10Mənbələr