Bakı. Trend:
Ötən gecə Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərindəstadionun qarşısında partlayış baş verib.
Bu barədə TrendPakistan KİV-ə istinadən xəbər verir.
Terrorçu-kamikadzenin üzərindəki partlayıcı kəməri işə salmasınəticəsində baş vermiş partlayışda 13 nəfər həyatını itirib, 30nəfər yaralanıb.
Terrorçuların hücumda millətçi Baloçistan Milli Partiyasınırəhbərliyini hədəfə aldığı güman edilir. Belə ki, partlayış partiyarəhbərliyinin tərəfdarlarla görüşünün başa çatdığı əsnada başverib.
Hadisə nəticəsində partiya sədri Axtar Minqal hər hansı xəsarətalmasa da, onun bəzi tərəfdarlarının ölənlər arasında yer aldığıbildirilir.