Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində Diaoyutai iqamətgahında ikitərəfli görüş keçirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Putin Pekində Kim Çen Inla görüşməkdən şad olduğunu bildirib.
Rusiya prezidenti qeyd edib ki, Kim Çen Inın təşəbbüsü ilə KXDR hərbçiləri Kursk vilayətinin "azad edilməsi"ndə iştirak edib: "Koreya əsgərləri Kursk vilayətində cəsarətlə və qəhrəmancasına döyüşüblər, Rusiya bunu heç vaxt unutmayacaq".