AZ

Gədəbəydə 55 yaşlı kişi dağdan yıxılaraq öldü

Gədəbəydə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qala kəndində, Yoğdu dağ adlanan ərazidə qeydə alınıb. Rayon sakini 1970-ci il təvəllüdlü Y.Yolçuyev dağdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, Y.Yolçuyev dağdan çiçək yığan zaman ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Seçilən
126
5
redaktor.az

6Mənbələr