AZ

Çindən bir ilk - öz nüvə triadasını üzə çıxardı!


Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub. Parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub. Bundan başqa, bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.
Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Mətləb Salahov

Seçilən
135
14
baki-xeber.com

10Mənbələr