AZ

"Atletik" müdafiəçi transferində uğursuz oldu

"Əl Nəsr"in müdafiəçisi Aymerik Laport yay transfer pəncərəsi zamanı "Atletik"ə qoşulmağa yaxın olub, lakin Səudiyyə klubunun səhlənkarlığı səbəbiylə bu transfer baş tutmayıb.

Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Səudiyyə klubu sənədləri FİFA-nın beynəlxalq transferlərin qeydiyyatı üçün onlayn sistem olan TMS platformasına çox gec təqdim etdiyi üçün transfer vaxtında tamamlanmayıb. "Atletik" beynəlxalq təşkilatla vəziyyəti tənzimləməyə çalışsa da, bundan imtina edilib.

Laportun "Əl Nəsr"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Laporte "Atletik" akademiyasında yetişib. O, 2012-2018-ci illərdə əsas komandada çıxış edib. O, 222 oyun keçirib, 30 qol vurub, 11 məhsuldar ötürmə edib.

Seçilən
78
operativmedia.az

1Mənbələr