AZ

“Google” “Chrome”u satmalı olmayacaq

Vaşinqton dairə məhkəməsi qərar çıxarıb ki, “Google” öz “Chrome” brauzerini satmaq məcburiyyətində qalmayacaq, lakin texnologiya nəhəngi onlayn axtarış sahəsində rəqibləri ilə məlumat paylaşmağa məcbur ediləcək. ABŞ-nin antinhisar orqanlarının iddiasında korporasiyanın qələbəsi “nadir hal” kimi qiymətləndirilir, “Reuters” yazır. Məhkəmə həmçinin qərara alıb ki, “Google” öz “Android” əməliyyat sistemini saxlaya bilər. Qeyd edək ki, “Android” və “Chrome” şirkətə bazarın dominant onlayn reklam biznesini inkişaf etdirməyə kömək edir.

Məhkəmə qərarı beşillik məhkəmə çəkişməsinin nəticəsi olub. İndi “Chrome” və ya “Android”i satmaq zərurətinin olmaması investorın narahatlıqlarını aradan qaldırır, həmçinin “Apple” və digər cihaz və veb-brauzer istehsalçıları üçün “rahatlıq” deməkdir. Onlar “Google”dan cihazlarında axtarış reklamı üzrə gəlirlərin bölüşdürülməsi çərçivəsində ödənişləri almağa davam edə bilərlər.

Məhkəmə qərarından sonra “Google”un səhmləri 7.2%, “Apple”ın səhmləri isə 3% artıb.

Seçilən
81
banker.az

1Mənbələr