US Open turnirində mübarizə sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, kişilərdə ilk yarımfinalçılar məlum olub.
1/4 finalda Jiri Leheçka ilə qarşılaşan Karlos Alkaras çətinlik çəkmədən qələbə qazanıb - 6:4, 6:2, 6:4.
Novak Cokoviç isə Teylor Fritslə üz-üzə gəlib. Serbiyalı tennisçi rəqibinə set versə də, qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb - 6:3, 7:5, 3:6, 6:4.
Beləliklə, yarımfinalda K. Alkaras - N. Cokoviç duelinin şahidi olacağıq.
Turnirə sentyabrın 7-də yekun vurulacaq.