AZ

Raul "Bayer Leverkuzen"i idarə edə bilər

İspaniya millisinin sabiq futbolçusu Raul "Bayer"in yeni baş məşqçisi ola bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Leverkuzen klubunun rəhbərliyi əvvəllər “Şalke”də çıxış etmiş 48 yaşlı ispaniyalının namizədliyini nəzərdən keçirir.

Raul 2019-2025-ci illərdə "Real Madrid"in gənclər komandasının məşqçisi olub. Onun rəhbərliyi altında komanda 209 oyun keçirib: 82 qələbə, 70 heç-heçə və 57 məğlubiyyət.

Sentyabrın 1-də "Bayer" Erik ten Haqın baş məşqçi postundan uzaqlaşdırıldığını elan edib. 55 yaşlı niderlandlı iyulun 1-dən klubu qəbul edib. Onun rəhbərliyi altında "Bayer" üç oyun keçirib: 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Leverkuzen klubu 1 xalla Bundesliqa cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Seçilən
107
2
operativmedia.az

3Mənbələr