AZ

Cəlilabadda su ehtiyatlarından səmərəli istifadə olunur

Cəlilabadda kənd təsərrüfatının inkişafına diqqət və qayğı çoxdur. Bu hesaba əkin sahələri ilə yanaşı, məhsuldarlıq da artmışdır.

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Payızlıq əkin sahələrinin vaxtında suvarılması və fermerlərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılmışdır.

Bu il ümumi uzunluğu 376,7 km olan kanal və arxların təmizlənməsi nəzərdə tutulmuşdur.  Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün idarə tərəfindən kifayət qədər texnika ayrılmışdır. Bu günə kimi həmin texnikalarla 74,9 kilometr uzunluğunda arx və kanallar təmizlənərək istismara yararlı hala salınmışdır. Eyni zamanda su itkisinin qarşısının alınması üçün Muğan kanalının su götürən hissəsində 3 min 500 metr hissə betonlanmışdır. Cari ildə kanalın daha 1500 metrlik hissəsinin betonlaşdırılması nəzərdə tutulur.

"Azərbaycan"

Seçilən
102
azerbaijan-news.az

1Mənbələr