Rusiya həmfikir ölkələrlə birlikdə sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin probleminin həlli üçün çalışacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz inanırıq ki, Fələstin xalqının qanuni istəklərinin həyata keçirilməsi, onların öz müqəddəratını həll etmək hüququ ərəb-İsrail münaqişəsinin həlli üçün ayrılmaz şərt olmalıdır. Yeri gəlmişkən, bunsuz İsrailin özünün təhlükəsizliyinin reallıqda və uzunmüddətli perspektivdə necə təmin oluna biləcəyini təsəvvür etmək çox çətindir”, - Lavrov əlavə edib.