AZ

Böyük Britaniya vizalarının müddəti bitmiş tələbələri deportasiya edəcək

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi viza müddəti bitdikdən sonra ölkədə qalmağa davam edən xarici tələbələri deportasiya edəcək.

APA xəbər verir ki, bu haqda məlumatı daxili işlər naziri Yvette Kuper verib.

O bildirib ki, bəzi xarici tələbələr ölkələrindəki şərtlər dəyişməməsinə baxmayaraq, sığınacaq üçün müraciət edib.

"Əsl qaçqınlara lazımi dəstəyi verəcəyik. Lakin vəziyyət dəyişməyibsə, tələbələr təhsillərinin sonunda sığınacaq üçün müraciət etməməlidirlər", - o bildirib.

Məlumata görə, Daxili İşlər Nazirliyi 10.000 xarici tələbəyə vizalarının bitmək üzrə olduğu barədə mesaj göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
4
apa.az

5Mənbələr