Bakı. Trend:
Bu dəqiqələrdə Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çinxalq müqaviməti və İkinci Dünya Müharibəsində qazanılmış Qələbənin80-ci ildönümünə həsr olunmuş parad keçirilir.
Trend xəbər verirki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birincixanım Mehriban Əliyeva paradı izləmək üçün Tiananmen Meydanınagəliblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Birinci Xanım PenLiyuan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanıqarşılayıblar.