Aleksis Sançesin “Sevilya”ya keçidi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çilili hücumçu ilə 1 illik müqavilə imzalanıb.
"Barselona", "Arsenal", "Mançester Yunayted" və "İnter" kimi klublarda çıxış etmiş 36 yaşlı forvard ötən ilin avqustundan “Udineze”də oynayırdı. O, 2024/25 mövsümündə A seriyası və İtaliya kubokunda 14 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.