AZ

Bu tarixdə telefonlar siqnal verəcək

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

7 sentyabrda Böyük Britaniyada fövqəladə hallar üzrə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək.

Yenisabah.az xəbər verir ki, saat 15:00-da milyonlarla mobil telefon eyni vaxtda siqnal verəcək, təxminən 10 saniyə ərzində titrəyəcək və ekranlarda “Bu yalnız sınaqdır” yazısı görünəcək.

Sistemin məqsədi zəlzələ, daşqın, fırtına kimi fövqəladə hallarda əhaliyə operativ məlumat ötürməkdir. Bu üsul vasitəsilə saniyələr içində milyonlarla insana xəbərdarlıq göndərmək mümkündür. pizza hut

Xatırladaq ki, ilk sınaq 2023-cü ildə həyata keçirilib və bəzi bölgələrdə panikaya səbəb olub. Həmin vaxtdan bəri sistem real şəraitdə beş dəfə işə salınıb. Məsələn, sərt hava şəraiti zamanı minlərlə vətəndaşa xəbərdarlıq göndərilib./News24.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
yenisabah.az

3Mənbələr