AZ

Rubio və Barro Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib

Rubio

ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott məlumat verib.

Onun sözlərinə görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri telefon danışığında Rusiya və Ukrayna arasında uzunmüddətli sülhün təmin edilməsi üçün tədbirlər görülməklə, münaqişənin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səylər sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, Rubio Fransa Prezidenti Emmanuel Makronun sentyabrda BMT Baş Assambleyasının sessiyasında rəsmi Parisin Fələstini tanıyacağı ilə bağlı bəyanatına qəti etirazını ifadə edib.

Seçilən
23
3
xalqcebhesi.az

4Mənbələr