AZ

"Qalatasaray" İlkay Gündoğanla müqavilə imzaladı

"Mançester Siti" klubunun yarımmüdafiəçisi, əslən türkiyəli İlkay Gündoğan "Qalatasaray"la müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb.

"Mançester Siti"dən ödənişsiz əsasda transfer olunan futbolçu ilə imzalanan müqaviləni müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

2025/2026 və 2026/2027 mövsümlərinin hər biri üçün yarımmüdafiəçiyə 4 milyon 500 min avro ödəniləcək.

Qeyd edək ki, İlkay Gündoğan ötən mövsüm "Mançester Siti" forması ilə 50 oyunda meydana çıxıb, üç qol, yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
20
1
operativmm.az

2Mənbələr