“Mançester Siti” yarımmüdafiəçi İlkay Gündoğanın “Qalatasaray” klubuna transferini təsdiqləyib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı futbolçu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Gündoğan “şəhərlilər”də iki mərhələdə çıxış edib. İlk dəfə 2016-cı ildə Dortmund “Borussiya”sından transfer olunmuşdu. 2023-cü ildə isə o, “Barselona”ya keçmiş, amma 2024-cü ilin yayında yenidən Xosep Qvardiolanın rəhbərliyi altında “Siti”yə qayıtmışdı.
Yeni klubu Türkiyənin ən titullu komandası olan “Qalatasaray”dır və son üç mövsümün ardıcıl çempionu olub. Bu mövsüm klub Çempionlar Liqasında çıxış edəcək.